Türkiyə

Türkiyədə futbolçular qadın hakimi yıxdılar, qalxmağa kömək etmədilər – FOTO

Türkiyə İkinci Liqasının 31-ci turunda keçirilən “Bursaspor” – “Mardinspor” (2:0) matçında köməkçi hakim Esra Arikboqa xoşagəlməz vəziyyətlə qarşılaşıb

Aut.az xəbər verir ki, Arikboqa meydandan kənara gedən topu ələ keçirməyə çalışa iki oyunçunun arasında qalıb.

“Mardinspor”un oyunçusunun topu ələ keçirməsindən sonra o, tarazlığını itirərək yıxılıb. Oyunçular ona qalxmağa kömək etmədən meydana qayıdıblar. Baş hakim isə yan xətt hakiminin vəziyyətini yoxlamaq üçün onun yanına gəlib.

“Zhaber TV”nin verdiyi məlumata görə, hadisə tribunadakı azarkeşlərin və oyunu televiziyada izləyən tamaşaçıların diqqətini cəlb edib. Bəziləri oyunçuları xətt hakiminə kömək etmədiklərinə görə tənqid ediblər.

Qeyd olunur ki, Arikboqa heç bir ciddi xəsarət almayıb.

Aut.az

Türkiyədə futbolçular qadın hakimi yıxdılar, qalxmağa kömək etmədilər – FOTO