“Real” onunla danışıqlara başladı: Qalacaq?
“Real Madrid” mərkəz müdafiəçisi Antonio Rüdiger ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
Aut.az xəbər verir ki, bu barədə Nikolo Şira məlumat verib.
“Ağ-qaralar” alman müdafiəçi ilə müqaviləni 2027-ci ilin yayına qədər uzatmaq istəyir. 33 yaşlı futbolçunun İspaniya nəhəngi ilə hazırkı müqaviləsi cari 2025/26 mövsümünün sonunda başa çatır.
Xatırladaq ki, alman futbolçu 2022-ci ilin yayından “Real Madrid”də oynayır. O vaxtdan bəri o, 175 oyun keçirib (8 qol və 4 məhsuldar ötürmə).
Təcrübəli müdafiəçi bu mövsüm La Liqa 19 oyunda iştirak edib və 1 qol vurub.
Aut.az
