Rəhim Həsənovun təyinatını mədh edənlərin düşdüyü “tələ”
Azərbaycan futbolunda yeni bir təyinat olan kimi bir qrup jurnalist başlayır onu bəh-bəhlə mədh etməyə. Bir müddət keçir, məlum olur ki, fıs çıxıb tərifli kadr. Rəhim Həsənovun təyinatında da belə oldu. O vaxt bu təyinatı təqdir edən jurnalistlər indi onu qınayırlar.
Ay dostlar, tərif deməyə tələsərkən niyə belə darqursaq olursunuz? Sonra Ehtiram Quliyevin komandasını müdafiə etmək zərurəti yarananda pis vəziyyətdə qalırsınız axı.
Bir kadrı tərifləyəndə yüz ölçün, bir biçin. Gələcəkdə o kadr pul aldığınız klubun mənafeyinə toxuna bilər. Onda haça-paça vəziyyətində qalmamaq üçün işinizi ehtiyatlı tutun.
Aut.az
