Maykl Cordanın nailiyyətini təkrarladı
“Los-Anceles Leykers” klubunun basketbolçusu Luka Donçiç “Klivlend Kavalyers” üzərində 127:113 hesablı qələbədən sonra Milli Basketbol Assosiasiyası (NBA) tarixinə düşüb..
Aut.az xəbər verir ki, 27 yaşlı sloveniyalı ulduz 42 xal toplamaqla Luka Donçiç bu ay üçün 600 xala çatıb. O, mart ayında 600 xal toplayan NBA tarixində yalnız ikinci oyunçu olub. Bu uğuru Maykl Cordanın (1987-ci ilin martı) nəticəsinə çatmaqla gerçəkləşdirib. İndi o, bir ay ərzində 600 xal toplayan yalnız 10 oyunçudan biridir.
Donçiç, həmçinin klub tarixində bir ay ərzində 600+ xal toplayan yalnız üçüncü oyunçu olub və bu göstəriciyə Eldjin Beylor (4 dəfə) və Cerri Vest nail olub.
Aut.az
