Cahangir Həsənzadə AFFA-da texniki direktor vəzifəsindən ayrılacaq
AFFA-da bir sıra dəyişikliklər gözlənilir.
Aut.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev mətbuat konfransında deyib.
O, futbol ictimaiyyətinin tanınmış nümayəndələrinin quruma cəlb olunduğunu bildirib:
“Bəxtiyar Musayev və Mirbağır İsayevi qeyd etmək istəyirəm. Həmçinin, Cahangir Həsənzadənin bu gün texniki direktor vəzifəsində son günüdür. Başqa dəyişikliklər də gözlənilir”.
Bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.
