İtaliya

İstefa verəcək – Yerinə iki namizəd var

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verəcək.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

İtaliya komandası daha əvvəl 2026-cı il Dünya Kubokuna vəsiqə qazana bilməmişdi. Pley-offun son oyununda Qattuzonun komandası Bosniya və Herseqovinaya məğlub olmuşdu (1-1, penaltilərdə 1-4).

Boş qalan vəzifəyə ən çox ehtimal olunan namizədlər “Napoli” dən Antonio Konte və “Milan” dan Massimiliano Allegridir.

Aut.az