Azərbaycan futbolu

AFFA 3 komandanı yarışlardan kənarlaşdırdı

AFFA 3 komandanı yarışlardan kənarlaşdırıb.

Aut.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA U-12 Liqasında “Pambıqçı”, AFFA U-11 Liqasında isə “Məhsul”la “Zəfər” klubları təyin edilən vaxtda meydanda olmadıqları üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar. Bu hal 3-cü dəfə təkrarlandığı üçün hər üç komanda yarışlardan kənarlaşdırılıb.

Bundan əlavə, U-14 Liqasında keçirilməli olan “İnter” – “Qaradağ Lökbatan” oyunu “İnter” tərəfindən oyun protokolu və həkim təqdim edilmədiyinə görə baş tutmayıb. Nəticədə, Bakı təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA Region Liqasında isə “Beyləqan” komandası “Şəfəq”lə oyuna çıxmadığına görə, görüş baş tutmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.