Azərbaycan futbolu

Azərbaycan millisi Malta ilə heç-heçə etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Malta yığması ilə üz-üzə gəlib. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

B liqasının 2-ci qrupunda yer alan U-17 2 xalla üçüncü pillədə qərarlaşıb. Milli daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə edib.