Voleybol

“Naxçıvan” Azərbaycan çempionatının qalibi oldu

Oğlan voleybolçulardan ibarət “Naxçıvan” komandası U-14 Azərbaycan çempionatının qalibi olub.

Aut.az xəbər verir ki, 14 yaşadək (U-14) voleybolçular arasında keçirilən Azərbaycan çempionatının final mərhələsində “Naxçıvan” komandası “Oğuz RVK” ilə qarşılaşıb.

Rəqibini 2:0 hesabı ilə məğlub edən Naxçıvan təmsilçisi çempionatın qalibi adını qazanıb.