Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti dəfə təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
Aut.az xəbər verir ki, O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 31-də keçiriləcək Rumıniya – San Marino görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, A qrupunun qarşılaşması Tırqovişte şəhərində yerləşən “Eugen Popesku” stadionunda baş tutacaq.
