Digər

Burada ölməli idim: Belaruslu idmançı möcüzə sayəsində sağ qalıb

Belarus çempionu Artyom Kuntseviç Gelencikdə təlim-məşq toplanışı zamanı çox dik bir yamacdan yıxılaraq az qala öləcəkdi.

Aut.az xəbər verir ki, motosikletçi hadisə barədə sosial mediada məlumat verib. Hadisə 14 martda baş verib.

“Bu gün əşyaları götürməyə gəldim: eynəklərimi, əlcəklərimi, hamısı cırılmış və qanlı. Məni xilas etdiyi üçün Tanrıya şükür etmək istəyirəm. Burada ölməli idim. Şam ağaclarına 50 metr, sonra daha 50 metr, daha sonra yenə də 50 metr. Ən yuxarıdan aşağı sürüşdüm, motosiklet arxamca uçurdu. Necə sağ qaldığımı bilmirəm, çünki yıxılma sürətim sadəcə inanılmaz idi. Buradakı bucağı təsvir edə bilmirəm. Şaquli divar deyil, amma çox, çox yüksəkdir. Qolumu sındırdım, bütün əllərimi, ombamı, yanlarımı cırdım.

Bunu heç kimə arzulamazdım, amma düşünməyə dəyər. Əslində özümə çox güvənmişəm”, – Artyom yazıb.

Aut.az