Basketbol

İlk pley-offçu müəyyənləşdi

NBA 2025/26 mövsümünün ilk pley-off iştirakçısı müəyyənləşib.

Aut.az xəbər verir ki, bu komanda “Oklahoma Siti Tander” olub. Komanda müntəzəm mövsüm çərçivəsində “Orlando Mejik” üzərində 113:108 hesablı qələbə qazanaraq cari mövsümdə 54-cü qələbəsini əldə edib.

Bu nəticə Mark Deynonun rəhbərlik etdiyi kollektivə liqada ilk olaraq pley-off mərhələsinə vəsiqəni təmin etməyə imkan verib. Maraqlıdır ki, bu uğur müntəzəm mövsümün bitməsinə 13 oyun qalmış reallaşıb.

Xatırladaq ki, “Oklahoma Siti Tander” hazırda NBAnın son çempionudur.

Aut.az