Kateqoriyasız

“Roma”nın futbolçusunun evinə silahlı hücum edildi

“Roma” klubunum yarımmüdafiəçisi Neil El-Aynauiya silahlı hücumla üzləşib.

Aut.az xəbər verir ki, Bu barədə ANSA məlumat yayıb.

Məlumata görə, altı maskalı şəxs gecə saatlarında mərakeşli futbolçunun evinə daxil olub. Hücum zamanı El-Aynaui, onun anası, sevgilisi, qardaşı və qardaşının sevgilisi bir otaqda saxlanılıb. Oğrular evdən təxminən 10 000 avro dəyərində zinət əşyaları, “Rolex” saatları və dizayner çantalarını aparıblar.

Polis artıq istintaqa başlayıb və hadisənin təfərrüatları araşdırılır.

Aut.az