“Barselona”da yeni Messi peyda ola bilər
Səudiyyə Ərəbistanının “Neom SC” klubunda icarə əsasında çıxış edən “Strasburq”un cinah yarımmüdafiəçisi Rayan Messi karyerasını “Barselona”da davam etdirə bilər.
Aut.az xəbər verir ki, 18 yaşlı Messi ilə “Barselona”, “Bavariya” və PSJ maraqlanır. Lakin iddia edilir ki, bu səbəbdən “Strasburq”la ortaq mülkiyyətə malik “Çelsi” fransız futbolçunu komandaya gətirmək planlarını sürətləndirə bilər. “Mavilər” Messini gələcək layihələrinin ayrılmaz hissəsi hesab edir və onu buraxmaqda tərəddüd edirlər.
Messi bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib. Qanad oyunçusunun “Strasburq”la hazırkı müqaviləsi 2030-cu ilin ortalarına qədərdir.
Aut.az
