Mətbuat onu “dəfn etdi”, belə reaksiya verdi – FOTO
“Bayer”nin ulduzu Alfonso Deyvis Çempionlar Liqasının “Atalanta” ilə oyununun ikinci hissəsində meydana çıxıb, 64-cü dəqiqədə məhsuldar ötürmə edib, 71-ci dəqiqədə isə meydanı tərk edib.
Aut.az xəbər verir ki, o, meydanı göz yaşları içində, üzünü köynəyi ilə örtərək tərk edib. Kanadalı ötən ilin mart ayında milli komandada olarkən çarpaz bağı cırılmışdı və yalnız sentyabr ayında meydana qayıtdı. O, hələ də formasını tam bərpa edə bilməyib və zədələr səbəbindən bu mövsüm artıq 12 oyunu buraxıb.
İndi yeni bir zədə var: Alfonsonun sağ ayağında bud əzələsi gərilib və o, təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Kanada millisinin məşqçisi Cessi Marş onun qarşıdan gələn beynəlxalq fasilə üçün çağırılmayacağını açıqlayıb.
Mətbuat artıq 25 yaşlı müdafiəçinin karyerasını dəfn edir. Deyvisin tez-tez zədə alması səbəbindən butslarını mıxdan asmaq qərarıverdiyi bildirilib. Kanadalı bu xəbər belə münasibət bildirib:
“Nə olub axı? Bunu sizə kim deyib ki 🤣 (hamısı kliklər üçündür)”.
Aut.az

