Boşanma tezliklə qüvvəyə minəcək – İkardi yazdı
“Qalatasaray”ın hücumçusu Mauro İkardi İtaliya məhkəməsinin tezliklə Vanda Nara ilə boşanmasını rəsmi olaraq təsdiqləyəcəyini bildirib.
Aut.az xəbər verir ki, İkardi bu barədə sosial mediada yazıb:
“Düz bir il əvvəl boşanma iclası üçün Milan məhkəməsində iştirak etdim. Bu prosesi 2024-cü ilin noyabr ayında özüm başlatdım və rəsmi olaraq boşanma üçün müraciət etdim. Ondan özüm boşanmaq istədim.
2025-ci ilin mart ayında məhkəmə zalında idim və hakim qanunun tələb etdiyi kimi bir il müddətinə qüvvədə olan ayrılıq qərarı verdi. Bu müddət 11 mart 2026-cı ildə başa çatdı. İndi isə vəkillərim son boşanma sənədinin hazırlanması prosesinə başlayıblar, məhkəmənin qərarı yaxın bir neçə gün ərzində veriləcək”, – Mauro sosial mediada yazıb.
Aut.az
