Dünya futbolu

Qələbə qazanmayan baş məşqçinin müqaviləsi uzadıldı

İsveç Futbol Federasiyası baş məşqçi Qrem Potterlə müqaviləni uzatdığını açıqlayıb.

Aut.az xəbər veirr ki, yeni sözləşmə 31 iyul 2030-cu il tarixinə qədər qüvvədə olacaq.

“Çelsi”nin sabiq baş məşqçisi 2025-ci ilin oktyabrında İsveç milli komandasına rəhbərlik etməyə başlayıb. Onun dövründə yığma iki oyun keçirib. Milli İsveçrəyəyə 1:4 hesabı ilə məğlub olub və Sloveniya ilə 1:1 hesablı heç-heçə edib.

İsveç milli komandası növbəti matçını 26 mart tarixində keçirəcək. Bu, 2026 Dünya Çempionatının Avropa seçmə mərhələsi pley-off yarımfinalıdır. Həmin görüşdə skandinaviyalılar Ukraynaya qarşı oynayacaq. Qalib gələn komanda DÇ-2026-ya vəsiqə uğrunda görüşdə Polşa – Albaniya cütünün qalibi ilə qarşılaşacaq.

Aut.az