Əfsanə cərimələndi: Jestinə görə
“Los-Anceles Leykers”in sloveniya əsilli ulduz basketbolçusu Luka Donçiç NBA tərəfindən cərimələnib.
Aut.az xəbər verir ki ,Milli Basketbol Assosiasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, liqanın icraçı vitse-prezidenti və basketbol əməliyyatları departamentinin rəhbəri Ceyms Cons Donçiçin matçın rəsmi şəxsinə qarşı qeyri-etik və qeyri-peşəkar jest etdiyinə görə 50 min dollar məbləğində cərimələndiyini açıqlayıb.
Hadisə martın 8-də keçirilən “Leykers” – “Nyu-York Niks” qarşılaşmasında baş verib. Oyunun üçüncü hissəsinin bitməsinə 7 dəqiqə 25 saniyə qalmış sloveniya basketbolçunun hərəkəti hakimlərin diqqətini çəkib.
Həmin görüşdə “Leykers” 110:97 hesabı ilə qələbə qazanıb. Luka Donçiç isə matçı 35 xal, 8 ribaund və 4 məhsuldar ötürmə ilə başa vurub.
Aut.az
