Danışılmış oyun: Rusiyalıya ağır cəza verildi
Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) rusiyalı tennisçi Alana Tuayevanın Tennis Korrupsiyaya Qarşı Mübarizə Proqramını pozmaqda günahkar olduğunu etiraf etdikdən sonra üç il doqquz ay müddətinə diskvalifikasiya olunduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə ITIA-nın rəsmi saytında məlumat verilib.
26 yaşlı Tuayeva, 2023-2024-cü illərdə ITF turnirlərində danışılmış oyunlar da daxil olmaqla, bütün ITIA ittihamlarını qəbul edib.
Tennisçi sanksiyaları qəbul edib və müstəqil antikorrupsiya rəsmisi qarşısında dinləmə hüququndan imtina edib. Tuayeva 30.000 dollar cərimə ödəməlidir ki, bunun da 21.000 dolları şərtidir.
Tuayevanın diskvalifikasiyası 19 dekabr 2025-ci ildə başlayıb və cərimənin ödənilməsi şərtilə 18 sentyabr 2029-cu ildə başa çatacaq.
Diskvalifikasiya müddəti ərzində idmançının ATP, ITF, WTA və ya hər hansı milli assosiasiya tərəfindən təsdiqlənmiş tennis yarışlarında məşq etməsinə və ya iştirak etməsinə icazə verilmir.
Aut.az
