Boks

UFC prezidenti Usiklə bağlı vəd verdi

UFC prezidenti Deyn Uayt ukraynalı boksçu Aleksandr Usiklə “Zuffa Boks” liqasında yarışmaq üçün müqavilə imzalamaq ehtimalından danışıb.

Aut.az xəbər verir ki, Uayt bu barədə mətbuat konfransında bildirib.

“Onu dünyanın ən yaxşılarından biri hesab edirəmmi? Hə! Hamı ilə müqavilə imzalayacağam! Və bu il 44 boks yarışı keçirəcəyik. UFC kimi”, – deyə Uayt bildirib.

Mayın 23-də Aleksandr Usik Misirdə keçiriləcək boks yarışında niderlandlı Riko Verhovenlə titul uğrunda döyüşəcək.

Aut.az