Bağırov Avropa çempionatında gümüş medal qazandı
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Aut.az xəbər verir ki, Azərbaycan ilk medalını qazanıb.
Vasif Bağırov (57 kq) finalda rusiyalı Alanday Ondara məğlub olaraq gümüş medala sahib çıxıb.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.
