Yenə dünya rekordunu qırdı – VİDEO
Uqandalı qaçışçı Ceykob Kiplimo Lissabonda keçirilən yarımmarafonda dünya rekordunu yeniləyib.
Aut.az xəbər verir ki, İdmançı məsafəni 57 dəqiqə 20 saniyəyə qət edərək finiş xəttini birinci keçib.
Yarışda keniyalı Nikolas Kipkorir 58:08 nəticə ilə ikinci, onun həmyerlisi Gilbert Kiprotich isə 58:59 nəticə ilə üçüncü olub.
25 yaşlı Kiplimo əvvəlki dünya rekordunu 10 saniyə yaxşılaşdırıb. Həmin rekord 2024-cü ildə Valensiyada efiopiyalı Yomif Kedjelça tərəfindən müəyyənləşdirilmişdi.
Kiplimo sonuncu dəfə 2021-ci ildə eyni Lissabon marşrutunda 57:31 nəticə göstərərək dünya rekorduna sahib olmuşdu.
Ötən il isə idmançı Barselonada məsafəni 56:42-yə qət edərək rekord nəticə göstərmişdi. Lakin bu nəticə “World Athletics” tərəfindən ləğv olunmuşdu. Buna səbəb tempin ölçülməsində avtomobildən qanunsuz kömək göstərilməsi olub.
Aut.az
