Əfsanə oğlunun gələcəyindən danışdı: Onun yolunu davam etdirəcək?
Keçmiş dünya çempionu Tayson Fyuri əmin edir ki, onun böyük oğlu Prins boksçu olacaq.
Aut.az xəbər verir ki, bu barədə “Qaraçı kralı” “The Ring”ə verdiyi müsahibədə danışıb.
Boks ulduzunun sözlərinə görə, oğlu artıq onunla düşərgədə məşq edir və dynastiyanı davam etdirmək arzusundadır.
“Düşünürəm ki, o, mütləq boksla məşğul olacaq, 100%. O, boksçu olmaq istəyir, buna görə düşərgədədir və daim məşq edir. Bütün bunlar onun etmək istədiyi işlərdir və biz tədricən, addım-addım irəliləyirik”, – deyə Fyuri bildirib.
Məşhur idmançıların uşaqları doğulduqları gündən etibarən valideynləri ilə müqayisə olunmağa məhkumdur. Buna görə o, oğlu Prinsi mümkün tənqidlərə hazırlamağa çalışır:
“Boksçuların uşaqlarına həmişə böyük diqqət və çoxlu tənqid yönəlir, xüsusən də ata məşhur boks ulduzu olarsa. Onlara daha da sərt yanaşılır, insanlar tez deyir: “o heç nəyə yaramaz”, “o atası qədər yaxşı deyil” və s. Məsələn, baxın Rikki Hattonun oğlu Kembellə. Rikki əsl əfsanə idi, buna görə oğlu ata qədər yaxşı olmadığı üçün çox tənqid alırdı. Bu inanılmaz idi, halbuki o sadəcə gənc oğlan idi, əlindən gələni etməyə və həyatını buna həsr etməyə çalışırdı. Ona görə istəyirəm ki, Princ ilk döyüşünə tam hazır olsun, çünki əfsanənin oğlu olmaq çox çətindir”.
Qeyd edək ki, Tayson Fyurii və həyat yoldaşı Paris yeddi övlad böyüdürlər – 4 oğul və 3 qız. Böyük oğulunun 15 yaş var. O, “Instagram” hesabında məşq fotolarını və boks əfsanələri ilə çəkilmiş şəkillərini paylaşır.
Tayson Fyurinin növbəti döyüşü aprelin 11-də keçiriləcək. 37 yaşlı britaniyalı rusiyalı Arslanbek Mahmudovla qarşılaşacaq.
Aut.az
