Mbappenin ətrafı həyəcan təbili çalır: Nə baş verir?
“Real Madrid”in fransız hücumçusu Kilian Mbappenin zədəsi bildirildiyindən daha ciddi ola bilər.
Aut.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.
Dizində narahatlıq hiss etməyə davam edən 27 yaşlı hücumçunun ətrafındakılar belə düşünürlər. Mbappenin sol dizindəki arxa çarpaz bağın qırılma ərəfəsində olduğuna dair bir nəzəriyyə var.
Bu arada, Kilianın növbəti üç həftə ərzində oynamayacağı barədə məlumatlar var. “Kral klubu” ümid edir ki, fransız oyunçu 17 martda keçiriləcək Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə cavab oyununda komandaya kömək edə biləcək.
Sol dizində bağ burxulması diaqnozu qoyulan Kilianın 2026-cı il Dünya Kubokunu buraxmaq riski səbəbindən mümkün əməliyyatdan imtina etdiyi bildirilir.
Daha əvvəl İspaniyanın “Marca” nəşri Mbappenin “Real”ın həkimlərindən narazı qaldığı və müayinə üçün Fransaya getdiyini bildirmişdi. Hücumçu həkimlərin üç aydır sol dizindəki narahatlığı müalicə edə bilməməsindən narazı idi.
27 yaşlı hücumçu artıq Çempionlar Liqasının 1/16 final mərhələsinin “Benfika”ya qarşı cavab oyununu buraxıb.
Aut.az
