“Qarabağ” – “Sabah” oyununda azarkeşlərə verilən əzab – VİDEO
Bu gün Azərbaycan çempionatında bəlkə də, mövsümün oyunu – “Qarabağ” – “Sabah” qarşılaşması keçirilir.
Bu oyuna azarkeşlər də böyük maraq göstəriblər. Stadiona xeyli futbol azarkeşi gəlib. Təəssüf ki, onlar ciddi problemə üzləşiblər.
Stadiona daxil olmaq üçün əsas girişdə cəmi iki qapı açıq olub. Bu da qapıların qarşısında növbə və basabas yaranmasına səbəb olub. Azarkeşlər bu durumdan açıq şəkildə narazılıq ediblər. Aut.az-a narazılığını bildirən azarkeşlərdən biri deyib:
“Daim çempionat oyununa maraq olmamasından şikayət edirlər. Amma belə duruma görə heç kim cavabdehlik daşımır, azarkeşlərə süni maneələr yaradırlar, bu da onları stadionlardan perik salır”.
Aut.az
