Azərbaycan futbolu

Massumu mükafatlandırıldı

Peşəkar Futbol Liqasının keçirdiyi “Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının ən yaxşı qolunun müəllifi olan Domi Massumu mükafatlandırılıb.

Aut.az xəbər verir ki, “Qəbələ” klubunun futbolçusuna mükafatı Azərbaycan Premyer Liqasının XXII turunun “Qəbələ” – “Karvan-Yevlax” görüşündən əvvəl “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.