Olimpiya çempionunu qızıl medalı qaytarmağa niyə məcbur ediblər?
Məşhur amerikalı fiqurlu konkisürən Alisa Lyu 2026-cı il Olimpiya Oyunlarında qələbə qazandıqdan dərhal sonra gözlənilməz hadisə ilə üzləşib.
Aut.az xəbər verir ki, “Sportbible”ın məlumatına görə, qələbəni qeyd edərkən idmançının medalı qəfildən lentdən qopub.
“Sevincdən tullanırdım və medal yerə düşdü. Cızılmış və əzilmiş vəziyyətdə idi”, – deyə idmançı bildirib.
İdmançıya daha sonra yeni medal verilib. Amma qaydalara görə, o, zədələnmiş medalı geri qaytarmalı idi.
“Hətta bunu da saxlamaq istəyirdim. Artıq buna alışmışdım. Amma qaytarmağa məcbur etdilər”, – deyə Lyu yumorla əlavə edib.
Xatırladaq ki, 20 yaşlı idmançı həm fərdi, həm də komanda yarışlarında qızıl medal qazanıb.
Aut.az
