Azərbaycan futbolu

“Şəfa”dan darmadağın

Futbol üzrə Azərbaycan I Liqasında XVI tura yekun vurulub.

Aut.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

Lider “Şəfa” səfərdə “Difai”ni darmadağın edib. Digər matçlarda isə “Mingəçevir” MOİK-ə, “Şahdağ Qusar” isə “Zaqatala”ya qalib gəlib.

I Liqa, XVI tur

25 fevral

“Difai” – “Şəfa” 1:8
Qollar: 
R.Yaqubzadə, 89 – P.Azadov, 8, 46, E.Zamanov, 29, N.Əliyev, 44, T.Quliyev, 50, A.Ebrahimzade, 60, H.Şirəliyev, 65 (avtoqol), A.Nəsibov, 86

“Mingəçevir” – MOİK 2:0
Qollar: 
B.Həziyev, 11, K.Kalunqa, 63

“Şahdağ Qusar” – “Zaqatala” 1:0
Qollar: 
A.Çipesse, 61