Azərbaycan futbolu

“Sabah” – “Kəpəz” oyununda qalmaqal: Azarkeşlərin əlindən hər şey alındı

Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Sabah” “Kəpəz”i qəbul edir.

Aut.az xəbər verir ki, oyunda qalmaqal yaşanıb. Masazırda keçirilən oyun iftar vaxtına təsadüf edəcək. Ona da görə də, stadiona gələn azarkeşlə özləri ilə su və müəyyən qidalar gətiriblər.

Amma onların gətirdikləri əllərindən alınıb. Bildirilib ki, bu, “Sabah” rəhbərliyinin qərarıdır, stadiona su və qida keçirmək qadağandır.

Bu da oruc tutan  və oyunu izləmək üçün stadiona gələn azarkeşlərin böyük narazılığına səbəb olub.

Aut.az