Rəsmən təsdiqləndi: Ölümcül qəzadan sonra geri qayıdacaq
Britaniyalı boksçu Entoni Coşua 2026-cı ilin yayında rinqə qayıda bilər.
Aut.az xəbər verir ki, bu barədə onun promouteri Eddi Hirn məlumat verib.
“Əvvəlcə planlaşdırırdıq ki, Entoni martda qayıtsın və avqustda Tayson Fyuri ilə döyüşsün. Bu plan reallaşmayacaq. Ümid edirəm ki, Entoni yayın sonunda qayıdacaq. Hazırda o, tamhəcmli məşq düşərgəsinə başlamağa hazır deyil. İyul ayı üçün variantları nəzərdən keçiririk. Ancaq dəqiq vaxtla bağlı tam aydınlıq yalnız o, ciddi məşqlərə bərpa etdikdən sonra olacaq. Düşünürəm ki, yaxın həftələrdə və ya bir ay ərzində daha konkret məlumat əldə edəcəyik.
Coşuanın Fyuri ilə görüşmək şansı var, lakin bu, böyük ehtimalla ilin sonundan və ya 2027-ci ilin əvvəlindən tez baş tutmayacaq”, – deyə Hirn “Boxing Scene”-ə müsahibəsində bildirib.
Qeyd edək ki, Coşuanın iki dostunun və məşqçisinin həlak olduğu avtomobil qəzasından sonra karyerasını başa vura biləcəyi ilə bağlı şayiələr yayılmışdı.
Aut.az
