Əfsanəyə BOK-da vəzifə verildi
İkiqat NBA çempionu, 45 yaşlı ispaniyalı Pol Qazol Beynəlxalq Olimpiya Komitəsinin ( BOK ) İdmançılar Komissiyasının rəhbəri vəzifəsinə təsdiqlənib.
Aut.az xəbər verir ki, bu barədə BOK-un Kommunikasiya direktoru Mark Adams bildirib.
2024-cü ilin yazında Qazol, BOK Etika Komitəsinin nümayəndəsi olaraq, Rusiya idmançılarının neytral statusunu yoxlamaq üçün komissiyaya daxil edilmişdi.
Qazol həmçinin üçqat Olimpiya medalçısı və dünya çempionudur.
Aut.az
