54 illik “qızıl” həsrəti bitdi
İspaniyalı ski-alpinist Oriol Kardona Koll Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Aut.az xəbər verir ki, sprint yarışında Koll rusiyalı Nikita Filippov üzərində qələbə qazanaraq birinci olub.
Beləliklə, Oriol Kardona Koll 1972-ci ildən sonra Qış Olimpiya Oyunlarında qızıl medal qazanan ilk ispaniyalı idmançı olub. Həmin vaxt dağ xizəkçisi Fransisko Fernandes Oçoa slalom yarışında qızıl medal əldə etmişdi.
Qeyd edək ki, ski-alpinizm növü tarixdə ilk dəfə Qış Olimpiya Oyunlarının proqramına daxil edilib.
