Digər

Olimpidada yeni tarix yazdılar: Qızılları heç kimə vermədilər

Fransa millisi Qış Olimpiya Oyunları 2026 çərçivəsində qadınlar arasında biatlon estafetində qızıl medal qazanaraq tarixi nailiyyətə imza atıb.

Aut.az xəbər verir ki, bu qələbə yığma üçün Oyunlarda estafet növlərində artıq üçüncü çempionluq olub. Fransa millisi bundan əvvəl kişilər və qarışıq estafet yarışlarında da qızıl medal əldə etmişdi.

Bununla da “üçrənglilər” Olimpiya Oyunları tarixində eyni yarış çərçivəsində biatlon üzrə hər üç estafet növündə qalib gələn ilk komanda kimi tarixə düşüb.

Aut.az