Azərbaycan futbolu

“Traktor”un baş məşqçisi postundan ayrıldı

“Traktor”un baş məşqçisi Draqan Skoçiç öz istəyi ilə postundan ayrılıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təbriz təmsilçisi 2024/25 mövsümündə xorvatiyalı mütəxəssisin rəhbərliyi altında İran çempionatının qalibi olub.

“Traktor” hazırda ölkə çempionatında 35 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “Gol Gohar”dan cəmi 1 xal az toplayıb.