Dünya futbolu

Futbolçuları ağrıkəsici qəbul etməməyə çağırdı: Görün nə təklif edir

“Mançester Yunayted”, “Yuventus” və Fransa millisinin keçmiş müdafiəçisi Patris Evra idmançıları ağrıkəsicilərdən istifadə etməməyə çağırıb.

Aut.az xəbər verir ki, Evra əvvəllər miselyar kurkumin istehsalçısı KURK-a investisiya qoymaq qərarını açıqlamışdı.

Bu, ağrı və iltihabı aradan qaldırmaq üçün bitki mənşəli alternativdir və fransız özü də bundan istifadə edir.

Evra karyerasındakı 800-dən çox oyunun təxminən yeddisində ağrısız olduğunu bildirib. Patris qeyd edib ki, hələ də 2014-cü ildə “Yuventus”da oynayarkən aşkar etdiyi və ağrıkəsici qəbul etməsi nəticəsində yaranan xora ilə mübarizə aparır.

“Bir çox idmançı bundan keçib, futbolun onlara yaratdığı təzyiqi bilirsiniz. Azarkeşlər niyə oynamadığınızı bilmirlər və düşünürlər ki, mədə probleminiz varsa, bu, çox zəif olduğunuz deməkdir.

Gələcək idmançıları xilas etmək istəyirəm. Bu dərman bitki mənşəlidir və tamamilə təbiidir. Ağrıkəsici qəbul etməyin, çünki sonda bunun bədəlini ödəyəcəksiniz”, – Evra deyib.

Aut.az