Digər

Tokayev Şaydarovu ordenlə təltif etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fiqurlu konkisürən Mixail Şaydorovu İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib və onu 2-ci dərəcəli “Barıs” ordeninə layiq görüb.

Aut.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat verib.

Təbrikdə Qazaxıstanın fiqurlu konkisürmə üzrə ilk qızıl medalının tarixi əhəmiyyətə malik böyük bir nailiyyət olduğu qeyd edilib. Prezident Şaydorova müstəsna bacarığı və qələbə əzminə görə təşəkkür edib.

Mətbuat xidməti bildirib ki, “Qasım-Jomart Tokayev xüsusilə vurğulayıb ki, idman azarkeşləri və bütün Qazaxıstan vətəndaşları idmançının görkəmli nailiyyəti ilə fəxr edirlər”.

Ölkə lideri həmçinin məşqçilər heyətinə, Qazaxıstan Fiqurlu Konkisürmə İttifaqına və müvafiq nazirliyin rəhbərliyinə gördükləri işə görə minnətdarlığını bildirib.

Aut.az