Güləş

Azərbaycan millilərinin məşqçilər heyəti müəyyənləşdi

Azərbaycanın yunan-Roma güləşində gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələr üzrə milli komandaların tərkibi yenidən formalaşıb.

Aut.az xəbər verir ki, U-20 millisinin böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib.

Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcəklər.

U-17 milli komandanın böyük məşqçisi vəzifəsinə Rafiq Hüseynov gətirilib. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıb.

U-15 milli komandada böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaq.