Dünya futbolu

İçmirik, çəkmirik – Antonella həyat tərzləri haqda  

“İnter Mayami” klubunun hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokutso özü və ərinin həyat tərzindən danışıb.

Aut.az xəbər verir ki, Rokutsonun sözlərinə görə, Messinin ailəsi içki içmir və siqaret çəkmir, futbolçunun özü isə pəhriz saxlayır.

“Elle” Rokkutsonun sözlərini sitat gətirib:

“Həyat yoldaşım işi ilə bağlı pəhriz saxlamalıdır. Düzgün qidalanmalıyıq. Spirtli içki içmir və siqaret çəkmirik. Üzvi qidalanmağa çalışırıq. Hamısı bir-biri ilə bağlıdır: məşq, qidalanma və zehni sağlamlıq həyat tərzidir”.

Messi 2023-cü ildən bəri “İnter Mayami”də oynayır. O, əvvəllər PSJ və “Barselona”da oynayıb.

Aut.az