Dünya futboluİngiltərə

“Yunayted” Ronaldonu təbrik etdi

Bu gün “Əl-Nəsr” in hücumçusu Kriştiano Ronaldonun 41 yaşı tamam olur.

Aut.az xəbər verir ki, “Mançester Yunayted” komandanın keçmiş oyunçusunu təbrik edib. Klubun sosial media hesabında oyunçunun hesabını etiketləyərək “Ad günün mübarək!” mesajı paylaşılıb.

Portuqaliyalı futbolçu karyerası ərzində “Sportinq”, “Real Madrid” və “Yuventus” kimi klublarda da oynayıb.

O, hazırda 961 qol vurub ki, bunlardan 818-i klub səviyyəsində, 143-ü isə Portuqaliya milli komandasında olub.

Aut.az