Azərbaycan futbolu

“Səbail”dən 3-cü liqa klubuna

2024-cü ildə “Səbail”dən ayrılan Ayub Masikanın il yarımlıq klubsuz günləri başa çatıb.

Aut.az xəbər verir ki, Keniya millisinin hücumçusu karyerasını Belçikada davam etdirəcək.

33 yaşlı ön xətt oyunçusu 3-cü liqa klubu “Şaerbeek”lə anlaşıb. O, yeni komandası rəsmi müqaviləyə qol çəkib. Bununla da “Anderlext”in yetirməsi yenidən Belçikada çıxış etmək qərarına gəlib.

Qeyd edək ki, Ayub Masika 2023-24 mövsümünün ikinci yarısını “Səbail”də keçirib.