Digər

Olimpiadada ABŞ-ın bayraqdarları onlar olacaq

2022-ci il Olimpiya oyunlarında konkisürmə üzrə çempion Erin Cekson və bobsleyçi Frank Delduka İtaliyada keçiriləcək 2026-cı il Olimpiya Oyunlarının açılış mərasimində ABŞ komandasının bayraqdarları olacaqlar.

Aut.az xəbər verir ki, bu barədə ABŞ Olimpiya və Paralimpiya Komitəsinin (USOPC) saytında dərc olunmuş açıqlamada bildirilib.

Bayraqdarların ABŞ İdmançılar Komissiyası tərəfindən idmançılar arasında aparılan səsvermə ilə seçildiyi bildirilir.

2026-cı il Olimpiadasının açılış mərasimi fevralın 6-da keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az