“Araz-Naxçıvan”dan növbəti transfer
“Araz-Naxçıvan” futzal klubu sabiq oyunçusu Amirhossein Rasoulini yenidən heyətinə qatıb.
Aut.az xəbər verir ki, İranlı futzalçı ötən il də Naxçıvan təmsilçisinin formasını geyinib.
“Araz-Naxçıvan” hazırda 25 xalla Azərbaycan Yüksək Liqasının turnir cədvəlinə başçılıq edir.
