İspaniya

“Barsa”nın ulduzu zədəsindən danışdı: Uzun çəkməməlidir.

“Barselona”nın hücumçusu Rafinya Dias zədəsi ilə bağlı açıqlama verib.

Aut.az xəbər verir ki, daha əvvəl Kataloniya klubunun mətbuat xidməti braziliyalıya budun dartılmış əzələsi diaqnozu qoyulduğunu bildirmişdi.

“Yaxşıyam. Bir az yorğunam, amma ümumilikdə yaxşıyam. Nəzəri olaraq, sağalma uzun çəkməməlidir. Ən qısa müddətdə sağalmağa çalışacağam”, – deyə “Barca Universal” Rafinyanın sözlərini sitat gətirib.

Rafinya bu mövsüm bütün turnirlərdə 22 oyunda iştirak edib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az