Azərbaycan klubu qanalı futbolçu transfer edib
Azərbaycanın 1-ci Liqa təmsilçisi “Baku Sportinq” qanalı futbolçu transfer edib.
Bu barədə Aut.az–a Bakı təmsilçisindən bildirilib.
18 yaşlı Jon Samuel Anaade ilə 3 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçinin son klubu ölkəsində “Aşqold” olub.
