Azərbaycan futbolu

14 ildən sonra təkrarlanan uğursuzluq

Azərbaycan Premyer Liqasının 17-ci turunda “Kəpəz”ə doğma meydanda uduzan (0:2) “Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlanıb.

Aut.az xəbər verir ki, sonuncu dəfə 2011/2012 mövsümündə – 2012-ci il aprelin 22-də “Bakı” səfərdə “köhlən atlar”ı 4:2 hesabı ilə üstələyib. Həmin görüşdən 5025 gün sonra “Kəpəz” eyni fərqlə qələbə qazanıb.

Ağdam təmsilçisinin çempionatdakı ev oyununda qol vurmadan iki və ya daha çox top buraxması isə Qurban Qurbanovun komandadakı debüt mövsümündə yaşanıb.

2008/2009 mövsümündə – 2008-ci il sentyabrın 27-də “Simurq” rəqibini 2:0 hesabı ilə məğlub edib. Gəncə klubu 17 il əvvəlki həmin nəticəni 6328 gündən sonra təkrarlayıb.