Digər

Ferstappenin yarış avtomobili satışa çıxarıldı: Qiyməti neçəyədir?

“Ferstappen.com” komandası, 28 yaşlı hollandiyalı pilot və dördqat Formula-1 çempionu Maks Ferstappenə (“Red Bull”) məxsus, 2025-ci ildə “GT World Challenge Europe” seriyasında iştirak etmiş “Aston Martin Vantage GT3 EVO” avtomobilini satışa çıxarıb.

Aut.az xəbər verir ki, bu barədə “RacingNews365” məlumat verib.

Elanda avtomobilin satış qiyməti göstərilməyib, bu isə potensial alıcılara birbaşa danışıqlar aparmaq imkanı verir. Lakin yeni alındığında bu yarış avtomobilinin ilkin qiyməti 650 min avro təşkil edib. Avtomobilin ümumi şassi yürüşü 22 398 kilometrdir, mühərrik və transmissiya isə daha az məsafə qət edib – müvafiq olaraq 13 520 və 11 051 kilometr.

Bu avtomobildə Kris Lulhem, Tyeri Vermyulen və Qarri Kinq dayanıqlılıq seriyası üzrə qələbələr qazanıblar. Həmçinin, onlar Belçikadakı “24 saat Spa” yarışını da udublar.

Aut.az