Ayaz Quliyev “Sabah”dan ayrıldı, bu kluba keçdi
“Sabah”ın futbolçusu Ayaz Quliyev Rusiya futboluna qayıdacaq.
Aut.az xəbər verir ki, jurnalist İvan Karpovun məlumatına görə, 29 yaşlı yarımmüdafiəçisi pulsuz transferlə Tula “Arsenal”ın keçəcək.
“Sabah” müqaviləni yerinə yetirərək cəlbedici seçim imkanı əldə edən oyunçunu sərbəst buraxıb.
Quliyev bu mövsüm Azərbaycan klubunda cəmi 136 dəqiqə oynayıb.
Yarımmüdafiəçi “topçular”la 2027-ci ilə qədər müqavilə imzalayacaq. O, “Rotor”a gedən Aleksandr Troşeçkinin yerini tutacaq.
Aut.az
