Almaniyaİspaniya

Klopp “Real”ın marağı haqda: Həyatımın elə bir nöqtəsindəyəm ki…

Dortmund “Borussiya”sının və “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Real Madrid”də işləmək perspektivi haqda danışıb.

Aut.az xəbər verir ki, Kloppun sözlərini AS nəşri sitat gətirib:

“Həyatımın elə bir nöqtəsindəyəm ki, vəziyyətimdən tamamilə razıyam. Başqa yerdə olmaq istəməzdim. “Real”ın  guya mənimlə maraqlandığını eşitmək vecimə deyildi, bu, sadəcə medianın spekulyasiyasıdır.

Hal-hazırda “yox” deyərdim, amma “heç vaxt” deyə bilmərəm. Fikrimi dəyişəcəyimi düşünmürəm, amma məsləhət görərdim ki, bir məşqçini qovduğunuz zaman onun davamçısı kimin olacağına dair fikir sahibi olasınız və realist olmaq vacibdir”.

Aut.az