Dünya futbolu

Dördqat çempion vəfat etdi

“Monreal Kanadiens”in heyətində dörd dəfə Stenli Kubokunun qalibi olmuş Fil Qoyett 92 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə Kanada klubunun mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında bildirilib ki, “Monreal” rəhbərliyi yanvarın 17-də Fil Qoyettin vəfat xəbərini dərin kədərlə qarşılayıb. Qeyd olunub ki, sabiq hücumçu 92 yaşında “Kanadiens” veteranları arasında ikinci ən yaşlı oyunçu idi.

Qoyett NHL karyerası ərzində “Sent-Luis Blyuz”, “Baffalo Seybrz” və “Nyu-York Reyndjers” klublarının da formasını geyinib.

O, 1957–1960-cı illər arasında ardıcıl olaraq dörd dəfə Stenli Kubokunu qazanıb.