“Kəpəz”in baş məşqçisi: “Futbolçularımız təlim-məşq toplanışında yaxşı təsir bağışladılar”
“Kəpəz” futbolçuları təlim-məşq toplanışında yaxşı təsir bağışlayıblar.
Aut.az xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, “Karvan-Yevlax”a qarşı keçirilən yoxlama oyunu ilə bağlı danışıb:
“Matç yaxşı keçdi. Bu matçda da gənc futbolçulara və yeni transferlərimizə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. 1 günlük istirahətdən sonra “Qarabağ”la oyunun hazırlıqlarına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq”.
Qeyd edək ki, “Karvan-Yevlax” – “Kəpəz” görüşündə hesab açılmayıb.
